Fotosessiya
Fotosessiya

Bekhemin oğlunun yeni biznesi

Bekhemin oğlunun yeni biznesi

Viktoriya və Devid Bekhemlərin böyük oğlu, 25 yaşlı Bruklin Londondakı məşhur supermarketlərin birində özünə məxsus “Cloud23” adlı souslarını təqdim edib. 

OLAY yazır ki, valideynləri, həyat yoldaşı Nikola, qardaşı Romeo və dostları ulduz varisə dəstək olmaq üçün onu özəl gündə yalnız buraxmayıblar.

Bruklin instaqram səhifəsində "Mənə dəstək olmaq üçün çıxan hər kəsə təşəkkür edirəm. Hamınızı sevirəm. Souslarımı supermarketlərdən ala bilərsiniz. Mən buna ürəyimi qoyuram və çox istəyirəm ki, hamısını dadasınız”.

Viktoriya və David sosial şəbəkə hesablarında oğulları ilə fəxr etdiklərini yazıblar

Qeyd edək ki, bir neçə il əvvəl Bruklin Bekhem moda fotoqrafiyasında fəal iştirak edib və hətta parlaq nəşrlərin siması olub. Sonra Bekhemlərin varisi peşəsini dəyişib aşpaz olmağa qərar verib.