Fotosessiya
Fotosessiya

Nəvai Zelim Kotsoyevlə görüşdü

Nəvai Zelim Kotsoyevlə görüşdü

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı müğənni Nəvai Bəkirov Cüdo üzrə Azərbaycan milli komandasının üzvü osetin əsilli Zelim Kotsoyevlə bir araya gəlib.

OLAY yazır ki, onların görüşü Soçi şəhərində baş tutub.

Bu görüşü xatirə çevirmək üçün Nəvai və Zelim birgə foto çəkdiriblər. 

Sözügedən şəkili Bəkirov sosial şəbəkə hesabında paylaşıb. Nəvai paylaşıma “Bizim çempion” qısa şərhini yazaraq azərbaycanın bayrağını və ürək emojisini əlavə edib. 

Kotsoyev isə həmin fotonu instaqram səhifəsində “repost” edib.

Qeyd edək ki, 2024-cü il 13 avqust Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə 26 yaşlı Zelim Kotsoyev “Şöhrət” ordeni ilə təltif olunub.