Fotosessiya
Fotosessiya

Hidayətin Seyşeldəki tətili

Hidayətin Seyşeldəki tətili

73 kq çəki dərəcəsində Olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov tətilə yollanıb.

OLAY yazır ki, 27 yaşlı ulduz idmançı istirahət üçün Şərqi Afrikada ada-dövləti – Seyşelə gedib.

Bununla bağlı Hidayət instaqram səhifəsində paylaşım edib. 

Hind okeanının sahilindən çəkilən fotolarını Heydərov izləyiciləri ilə bölüşüb.

Şəkillər arasında maraq doğuran cüdoçunun dünyanın nadir heyvanlarından biri sayılan Seyşel adalarında yaşayan nəhəng İspolin (Karapaksa) tısbağasını yemləməsi olub.

Qeyd edək ki, Hidayət Heydərov 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. 2024-cü il 13 avqust Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə XXXIII Paris Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.