Dünya şöhrətli Hollivud aktyoru Conni Depp görünüşünü yaxşılaşdırmaq üçün müəyyən addımlar atıb.
OLAY yazır ki, 61 yaşlı sənətçi dişlərində yaranmış problem köklü şəkildə aradan qaldırıb.
Conniyə yaxın bir mənbənin sözlərinə görə, “Onun seçimi yox idi, dişləri sümüyə qədər çürümüşdü, ağzından pis qoxu gəlirdi, ya “vinir” taxdırmalı idi”.
İndi Depp özünü daha inamlı və yaxşı hiss edir. Bununla belə, “Karib dənizinin quldurları” ulduzu bununla kifayətlənməyəcək.
Beləki, “In Touch Weekly” yazır ki, dişlər yalnız başlanğıcdır. Sonra, aktyor görünüşünü yaxşılaşdırmağa yönəlmiş bir sıra prosedurlar etdirməyi planlaşdırır: üzündəki və bədənindəki dəri sallanmalarını aradan əməliyyat yolu ilə aradan qaldıracaq.
Depp həm də əyləncəli həyat tərzinin və içkinin nəticəsi olan ön plana çıxmış qarnından xilas olmaq və əzələ kütləsini artırmaq istəyir.