“Disney” film şirkəti “Karib dənizinin quldurları” franşizasına qayıtmaq üçün aktyor Conni Depp ilə danışıqlar aparır.
OLAY yazır ki, bu barədə thenews.com.pk portal məlumat yayıb.
İnsayderlərin dediyinə görə, studiya Deppə 300 milyon dollar təklif edib.
Bildirilir ki, şirkət aktyorla keçmiş həyat yoldaşı Ember Hördlə məhkəmə çəkişmədən əvvəl əlaqə saxlayıb. Ulduza “Karib dənizinin quldurları”nın altıncı hissəsində oynamaq təklif olunub.