Rusiyanın Xalq artisti Alla Puqaçovanın Solneçnoqorskda bağ evinə alıcı tapılıb.
OLAY yazır ki, mülkün qiyməti 125 milyon rubldur (təxminən 2. 3 milyon manat).
Ulduz ailə 2022-ci ildə Rusiya və Ukrayna arasında başlanan müharibə ərəfəsində villanı satışa çıxarsa da lakin alıcı tapa bilməyiblər.
Depozit hələ ödənilməyib, tərəflər qiymət və mümkün endirimlə bağlı bazarlığı davam etdirirlər. Bununla belə, potensial alıcı artıq əmlaka baş çəkib, razı qalıb və gələn həftənin əvvəlində sövdələşməyə hazırdır. Müqaviləni imzalamaq və bütün hüquqi nüansları həll etmək üçün Puqaçova çox güman ki, şəxsən Rusiyaya gələcək, amma gizli.
Əvvəlcə onlar əmlak üçün 225 milyon rubl (təxminən 4, 1 milyon manat) istədilər, lakin qiymət bir dəfədən çox aşağı salınmalı oldu.
Evin sahəsi 760 kvadratmetrdir, interyeri klassik saray üslubunda unikal dizayna malikdir. Bina 80 sot ərazidə yerləşir, öz sahil xətti, hovuzu, hamamı, kinoteatrı var. Evin içində lifti ve çoxlu kaminleri var. Puqaçova Rusiyanı tərk etdikdən sonra mülkdə ya onun nəvəsi Nikita Presnyakov, ya da qızı Kristina Orbakaite yaşayırdı. Obyekt hal hazırda boşdur.