Fotosessiya
Fotosessiya

Heyli ana olduqdan sonra üzə çıxdı

Heyli ana olduqdan sonra üzə çıxdı

Dünya şöhrətli supermodel Heyli Biber ana olduqdan bir ay sonra bədən quruluşunu nümayiş etdirib.

OLAY yazır ki, ilk uşaqları dünyaya gəlməmişdən əvvəl də nadir hallarda ictimaiyyətə çıxan cütlük körpələri Cek Blyuz dünyaya gəldikdən sonra tamamilə gözdən itiblər.

Cəmi bir həftə əvvəl paparatsiyalar Los-Ancelesdə dostları ilə şam yeməyində olarkən yeni ananın fotolarını çəkməyə nail olublar.

Haylinin ənənəsinə sadiq qalaraq yenə dəbdəbəli görünüşü ilə görənləri valeh edib. Bununla yanaşı, podium ulduzunun ana olduqdan bir neçə ay sonra əvvəlki bədən proporsiyalarına qayıtması diqqətdən qaçmayıb.