Fotosessiya
Fotosessiya

Ceyran Rəhimovadan doğum günü paylaşımı

Ceyran Rəhimovadan doğum günü paylaşımı

Bu gün Azərbaycan Televiziyasının (AzTV) keçmiş aparıcısı Ceyran Rəhimovanın ad günüdür.

OLAY yazır ki, yeni yaşına qədəm qoyan televiziya ulduzu bu münasibətlə obyektiv qarşısına keçib.

C.Rəhimova çəkdirdiyi video və fotolarını instaqram səhifəsində izləyiciləri ilə bölüşüb.

“Həyatın hər bir anı bir şamdır – bəziləri daha parlaq yanır, bəziləri isə daha sürətlə sönür. Bu doğum günündə üfürdüyüm şamlar, məni sevən, dəstəkləyən hər birinizin sevgisi ilə doludur. Sizin varlığınız mənə hər zaman güc verir. Çox sağ olun ki, yanımdasınız”, - deyə aparıcı paylaşımında yazıb.