Fotosessiya
Fotosessiya

Evliliklərinin 6-cı ildönümünü qeyd etdilər

Evliliklərinin 6-cı ildönümünü qeyd etdilər

Amerikalı supermodel Heyli və Dünya pop səhnəsinin ulduzu Castin Biber sentyabrın 13-də evliliklərinin altıncı ildönümünü qeyd ediblər. 

OLAY yazır ki, modelin sosial şəbəkə hesabında bununla bağlı diqqətçəkən paylaşım edib. 

Castinin yayımladığı fotolara əsasən, bu əlamətdar gündə o model xanımı üçün romantik axşam təşkil edib. 

Heyli isə instaqram səhifəsində “Səni sevirəm” şarlarını, şamla işıqlandırılmış həyəti əks etdirən fotoları və əri Castinlə birlikdə çəkdirdiyi şəkilləri izləyiciləri ilə bölüşüb. Model kadrlardan birinə “Altı il. Mən səni sevirəm, balam” şərhini yazıb.

Qeyd edək ki, cütlüyün avqust ayında Cek Blüz adlı bir oğlan övladı dünyaya gəlib.