Fotosessiya
Fotosessiya

“Mənə atalıq öyrətdiyin üçün çox sağ ol, oğlum”

“Mənə atalıq öyrətdiyin üçün çox sağ ol, oğlum”

“Mənə atalıq öyrətdiyin üçün çox sağ ol, oğlum”.

OLAY yazır ki, bu sözləri aparıcı Tural Yusifov instaqram səhifəsində paylaşdığı postda yazıb.

Oğlu Önər ilə birgə çəkdirdiyi fotolarını yayımlayıb ad günü olduğunu bildirən Tural onu bu sözlərlə təbrik edib:

“Səninlə o qədər xatirəm var ki… Nə ali təhsil, nə iş, həyatda heç nə bu xatirələrdən və yaşadığımız duyğulardan öndə ola bilməz. İnanıram ki, bu 17 il ərzində topladığın xatirələr və təcrübələr həyat yoluna fənər olacaq. Artıq bu yolda özünsən. Mən isə arxandan gəlirəm. Bütün başlanğıcların xeyirli olsun, Önərim!”

Qeyd edək ki, teleaparıcı Səma Abıyeva ilə ailəli olan Tural Yusifovun daha bir qız övladı var.