Fotosessiya
Fotosessiya

Qızından Nigara doğum günü təbriki

Qızından Nigara doğum günü təbriki

“Təkcə, ana yox, həm də ən yaxşı rəfiqəsən. Anacan, sən məni hər zaman düz yola istiqamətləndirirsən. Sən mənim nəfəsim və ürəyimsən. Mənim həyatım…”

OLAY yazır ki, bu sözləri Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci yaşadan müğənni Nigar Camalın futbolçu qızı Jasmin sosial şəbəkə hesabında yazıb.

Anası ilə fotosunu yayımlayan Jasmin onun ad günü olduğunu bildirib.

Camalın qızı anasını bu sözlərlə təbrik edib:

“Mən dünyanın ən gözəl anasına ən yaxşı ad günü arzu etmək istəyirəm. Sən olmasaydın, indi olduğum insan olmazdım. Buna görə, sənə minnətdaram. Biz səninlə sadəcə “ana -övlad” deyilik, ən yaxşı rəfiqələrik. Qoy səni sevgi, xoşbəxtlik və uğur əhatə etsin. Səninlə fəxr edirəm və səni çox sevirəm. Xoşbəxt ol, anacan!”.

Qeyd edək ki, Nigar Camalın bu gün 44 yaşı tamam olur. Estrada ulduzunun Jasmindən başqa Saida adlı daha bir qız övladı da var.