Aparıcı Vüsalə Kərimova 29 illik arxiv paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, televiziya ulduzu 1995-1999-cü illərdə fəaliyyət göstərən “Sara” teleradiosunda çalışarkən ona verilən “müxbir vəsiqəsi”nin fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Vüsalə sözügedən paylaşıma “1900 - çoxdanıncı illər” qısa şərhini yazıb.