Fotosessiya
Fotosessiya

Bred Pitt sevgilisi ilə ilk dəfə qırmızı xalıda

Bred Pitt sevgilisi ilə ilk dəfə qırmızı xalıda

60 yaşlı Bred Pitt ilk dəfə sevgilisi 34 yaşlı İnes de Ramonla qırmızı xalı üzərinə çıxıb.

OLAY yazır ki, cütlük Venesiya Film Festivalında baş tutan “Qurdlar” filminin premyerasına gəlib.

İnes üzərinə ağ libas Bred isə qara kostyum geyinib. İkili həmkarı Corc Kluni və həyat yoldaşı Amal ilə bir araya gələrək fotoqraflara pozalar verib.

Qeyd edək ki, Pitt iki ildir İnez de Ramonla görüşür. Bu, onun məhkəmədə mübahisəsini davam etdirdiyi Ancelina Colidən boşandıqdan sonra ilk ciddi münasibətidir. Şayiələrə görə, Pitt İneslə hələ evlənməyi planlaşdırmasa da, onunla uşaq sahibi olmağa hazırlaşır. Artıq aktyorun Colidən altı uşağı var, onlardan üçü övladlığa götürülüb. Valideynlər arasındakı fikir ayrılıqları fonunda uşaqları Colinin ona və bəzi uşaqlara qarşı zorakılıqda ittiham etdiyi ataları ilə ünsiyyət qurmurlar.

Xatırladaq ki, Ancelina Coli bir neçə gün əvvəl Venesiya Film Festivalına gəlsə də, lakin təşkilatçılar keçmiş həyat yoldaşlarının yolları kəsişməsin deyə cədvəli dəyişiblər.