Fotosessiya
Fotosessiya

Suada bacısı ilə əyləncəsini paylaşdı

Suada bacısı ilə əyləncəsini paylaşdı

Dünya şöhrətli Hollivud aktyoru Jan Klod Van Dammın gəlini, pianoçu Suada Hacızadə bacısı Selcanla bağlı paylaşım edib.

OLAY yazır ki, bacılar Los-Ancelesdə yerləşən “Melrose Rooftop Theatre” baş çəkiblər.

Bununla bağlı musiqiçi sosial şəbəkə hesabında məlumat verib.

Suada Selcanla bərabər əyləncə dolu anlarını lentə alaraq izləyiciləri ilə bölüşüb.

“Kiçik bacımla damda konkisürdük. O, çox yıxıldı. Kim biləydi ki, 80-ci illərin filmlərinə baxanda konki sürmək çətin olacaq, eyni zamanda onlar konki üzərində rəqs də edirdilər. Əgər Los-Ancelesdə yaşayırsınızsa və ya səfər edirsinizsə, bura mütləq görülməli yerdir, yaddan çıxarmamaq üçün yadda saxlayın”, - deyə S.Hacızadə yayımladığı şəkillərə şərh yazıb.

Xatırladaq ki, Selcan “İncəsənət Gimnaziyası”nda təhsil alıb. 

Qeyd edək ki, Selcan Hacızadə bədii gimnastika üzrə dünya və avropa çempionatının finalçısıdır.