Rusiyanın məşhur repçisi Timati (Timur İldaroviç Yunusov) bu günə kimi evlənməməsinin səbəbini açıqlayıb.
OLAY yazır ki, bu haqda sənətçi “Natalnaya karta” verilişinə müsahibəsində danışıb.
“Nədənsə, əvvəldən bilirdim ki, 100% əmin olduğum bir insanla evlənmək istəyirəm ki, bu bir dəfə olsun və boşanma olmasın. Ona görə də tələsmirdim. Zövq aldım, çox gəzdim, dünyanı gördüm. Uzun müddət subay qaldım. Mənə elə gəlir ki, 40 yaşına kimi insanlar bu məsələyə şüurlu yanaşacaqlar. Düşünürəm ki, bu nöqtədə mən bunu düzgün etməyə zehni olaraq daha çox hazıram. Ola bilsin ki, çox yaxın gələcəkdə...”, - deyə, Timati bildirib.
Qeyd edək ki, Timati hazırda model Valentina İvanova ilə münasibətdədir. Cütlük sosial şəbəkədə fotolarını paylaşırlar. Fanatları “Timati Valentina ilə evlənəcək!” qənaətindədir.