Dünya pop səhnəsinin ulduzu Castin Biberin həyat yoldaşı supermodel Heyli Biberin ana olduğu iddia olunur.
OLAY yazır ki, həftələr keçsə də məşhur cütlükdən hələ də xəbər yoxdur. Sosial şəbəkə əhli bunun səbəbsiz olmadığını, Castin və Heylinin artıq bir müddətdir ki, gizli şəkildə valideyn olduğunu yazıblar.
Pərəstişkarlar modelin sosial şəbəkələrdən yoxa çıxmasını, eləcə də ərinin ictimaiyyət qarşısında tək görünməsini övladlarının dünyaya gəlməsi ilə əlaqələndiriblər. Cütlüyə yaxın mənbə “In touch” nəşrinə açıqlamasında vurğulayıb ki, Heyli avqustun 9-da ana olub.
Güman edilir ki, cütlük ən vacib hadisə barədə dünyaya məlumat vermək üçün doğru anı gözləyir.