Dünya ulduzu Cennifer Lopez nikah üzüyünü çıxartması ilə əri Hollivud aktyoru Ben Affleklə boşanması xəbərlərini yenidən gündəmə gətirib.
OLAY yazır ki, 55 yaşlı Lopez adsız barmağındakı nikah üzüyünü çıxararaq Beverli Hillsdə yeni ev axtarmağa gedib.
Aktrisa əri Ben Afflekin qaçınılmaz boşanma ərizəsi ərəfəsində ünsiyyət qurmaması və hətta danışmaması ilə bağlı şayiələr arasında üzük olmadan ictimaiyyətə çıxıb.
“Daily Mail” nəşrinin yaydığı məlumata görə, boşanma ilə bağlı bütün müvafiq sənədlər artıq hazırlanıb və qalıb yalnız onların məhkəməyə göndərmək. Məhz buna görə də cütlük indi boşanma şayiələrinin mərkəzindədir.
Əslində, Lopez üzüyünü çıxarması ilə Affleklə evlilik həyatının sona çatdığını təsdiqləyib. Ben özü də uzun müddətdir ki, toy aksesuarı olmadan küçələrdə gəzir.
Xatırladaq ki, Cennifer Lopez bir neçə həftə əvvəl 55 yaşını əri Ben Affleksiz keçirib.
Qeyd edək ki, Hollivudun ən romantik cütlüklərindən biri 2002-2004-cü illərdə görüşüb və uzun fasilədən sonra yenidən bir araya gəliblər. 2022-ci ildə aşiqlər münasibətlərini rəsmləşdirərək, evləniblər.
Rəşad Əliyev