Qonaq olduğu “Söylemezsem olmaz” verilişində sevgi münasibətlərindən danışan Sinan Akçıl illər əvvəl münasibətdə olduğu məşhur türk müğənni Hadise ilə yaşadığı problemlərdən danışıb.
OLAY yazır ki, o, Hadisenin bacısının cütlüyün münasibətinə maneə yaratmasına da toxunub:
“Hadisenin bacısı məni istəmirdi. Avroviziyada “Yaşıl Otaq” adlanan məkan var idi, Hülya Açıkgöz məni ora buraxmadı. Ona görə əsəbiləşdim, yarışa restoranda baxdım. Mahnının sözləri və musiqisi mənimdir! Hadise ilə əl-ələ tutan zaman, bacısı arxadan qışqırırdı ki, “əl tutmaq olmaz”. Nəhayət imtina etdim. Bir ailəyə qarşı mübarizə apara bilməzsən”.