Fotosessiya
Fotosessiya

Ezgiyə 10 minlik cəza!

Ezgiyə 10 minlik cəza!

Türk aktrisa Ezgi Molaya 10 min TL (526 AZN) dəyərində təzminat cəzası verilib.

OLAY yazır ki, Türkiyənin Batman şəhərində intihar edən 18 yaşlı İpek Erin məktubunda ona təcavüz etməklə günahlandırdığı Musa Orhana qarşı aktrisa Ezgi Molanın işlətdiyi təhqirə görə Musa Orhanın vəkili Mehmet Erkan Akkuş aktrisaya qarşı mənəvi təzminat iddiası qaldırıb. Dünən Banaz Mülki Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib. Ezgi Molanın qanuni faiz də daxil olmaqla 10 min TL (526 AZN) ödəməsi barədə qərar verilib.

Vəkil Mehmet Erkan Akkuş “Kimə edilirsə edilsin, tvit ataraq kimisə təhqir etmək düşüncə azadlığı deyil”, - deyə açıqlama verib.

Oruc Ələsgərov