Fotosessiya
Fotosessiya

Azaddan anasına doğum günü təbriki

Azaddan anasına doğum günü təbriki

Müğənni Azad Şabanov anasının doğum gününü təbrik edib.

OLAY yazır ki, ifaçı bu barədə instaqram hesabında post paylaşıb. O, anasının fotolarını izləyiciləriylə bölüşərək bunları yazıb:

“Həyatımın ilk sevgisi, gözümün nuru, tərbiyəmin və qəlbimin mərhəməti sənsən, ana. Hər uğurumda sənin izin var, hər kəlməmdə sənin sözün var ana, hər bir çətinliyimdə sənin səbrin var, ana. Allahım səni həmişə qorusun! Səni və atanı bir düşünərkən sizə olan sonsuz təşəkkür hissimdən gözlərim həmişə dolur. Hər şey üçün təşəkkür edirəm, kövrək qızım! Ən əsası həmişə sağlam ol, gözəlim. Bu gün sənin yubileyindir. 60 yaşın mübarəkdir. Maşallah olsun! Səni sevirəm, ana. Mənim zərif Əsmət xanımım”.