Məşhur Türkiyəli aktrisa Melis Sezen Türkiyədə iki illik fasilədən sonra keçirilən “Portağal çiçəyi karnavalı”na qatılıb.
OLAY yazır ki, festivalın bağlanış günündə qonaq olan Sezen fotolarını instaqram hesabında paylaşıb.
“Portağal çiçəyi karnavalı bir sevgi karnavalıdır və izah edilməsi mümkün deyil, yaşamaq lazımdır. Çox sevirəm, Adana”, - deyə, aktrisa yazıb.
Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən Adana şəhərində keçirilir. Ötən il Türkiyədəki zəlzələlər səbəbiylə ləğv edilmişdi.