Əməkdar artist Gülüstan Əliyeva şəhid qardaşının məzarını ziyarət edib.
OLAY yazır ki, sənətçi bununla bağlı instaqramda foto paylaşıb.
“Qardaşlar, ay qardaşlar. Yağış kəsər, qar başlar. Ölür bacılar ölsün. Ölməsin heç qardaşlar. Allah şəhidlərimizə rəhmət eləsin”.
Qeyd edək ki, G. Əliyevanın həyat yoldaşı da şəhid olub.