Azərbaycan Dağınıq Oda teatrı – ADO teatrı ianə kampaniyası başladıb.
OLAY yazır ki, ötən il 6-cı məkanını da itirən teatr özünə yeni məskən tapsa da, icarə və təmir üçün zəruri olan məbləği tapa bilməyib.
Teatrın bədii rəhbəri Elmin Bədəlov və direktoru Xalid Bağırovun müraciət edərək sosial şəbəkə izləyicilərindən məbləğin yığılması üçün yardım istəyib.
Yerləşdirilən ianə linkində lazım olan pulun 5500 manat olduğu yazılıb. Onlar hələ ki 419 manat yığmağa müvəffəq olublar.
Qeyd edək ki, ADO teatrı 2013-cü ildən fəaliyyət göstərir.