Fotosessiya
Fotosessiya

Demet “Dilber” rəqsindən danışdı

Demet “Dilber” rəqsindən danışdı

Türkiyəli aktrisa Demet Özdemir “İnci taneleri” serialının gündəm olan rəqs səhnələrindən danışıb.

OLAY yazır ki, o, qadınlara rəqs etməyi çox yaraşdırdığını deyib:

“Qadının rəqs etdiyi hər yerdə tamamlanıram. Bir serialın içində o obrazın yaşadığı gücü danışmaq mənim üçün daha çox dəyərlidir. Hazar da gözəl rəqs etdi. Qadına rəqsi çox yaraşdırıram”.

Qeyd edək ki, D. Özdemir karyerasına rəqs edərək başlayıb, daha sonra aktrisa kimi fəaliyyətini davam etdirib.