Fotosessiya
Fotosessiya

Meqanın saçları bu dəfə mavi rəngdə

Meqanın saçları bu dəfə mavi rəngdə

Dünyaca məşhur amerikalı aktrisa Meqan Foks imicində köklü dəyişiklik edib.

OLAY yazır ki, o, uzun saçlarını qısaldıb və onları maviyə boyadıb.

Meqan yeni halını instaqramda izləyiciləriylə bölüşüb.

Qeyd edək ki, bu dəyişiklik aktrisa üçün adi haldır. O, daha öncə saçlarını qızılı, çəhrayı, qırmızı, qara rənglərə də boyadıb.