Fotosessiya
Fotosessiya

Eşqlərini elan etdilər

Eşqlərini elan etdilər

Aktrisa Ceyda Düvenci yeni sevgilisi Güçlü Mete ilə münasibətini elan edib.

OLAY yazır ki, aktyor həyat yoldaşından ötən il boşanan sənətçi radio aparıcısı G. Meteylə eşqini instaqram paylaşımı ilə açıqlayıb. 

O, sonuncu fotosuna Cem Adrianın “Hoş geldin” mahnısını əlavə edib. Bu posta sevgilisi ürək emojisi ilə rəy yazıb.

Qeyd edək ki, G. Mete digər aktrisa Ebru Cündübeyoğlu ilə 20 illik evliliyini 2022-də bitirib.