Fotosessiya
Fotosessiya

49 yaşlı Ebru hamilədir

49 yaşlı Ebru hamilədir

İş adamı Murat Özdemirlə ailə quran müğənni Ebru Gündeşin hamilə olduğu iddia edilib.

OLAY yazır ki, bununla bağlı musiqiçi Onur Akay məlumat yayıb. O söyləyib ki, Gündeş 4,5 aydır ki, hamilədir:

“Dəqiqləşdirmişəm. Əminliklə deyirəm”.

Qeyd edək ki, Ebrunun azərbaycanlı iş adamı Reza Zerrabla evliliyindən bir qızı var. 

Onu da xatırladaq ki, sənətçi 49 yaşındadır.