Müğənni Zamiq Hüseynov 2022-ci ilin ilk solo konsertinə imza atıb.
OLAY yazır ki, ifaçının “Var ol” adlı musiqili gecəsi dünən Heydər Əliyev Sarayında reallaşıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək konsertin aparıcısı Leyla Quliyeva olub.
Tədbirdə əsasən şəhid və qazi ailələri dəvətli qismində yer alıb.
Zamiq instaqramda konsertdən fotolar paylaşaraq dünənki gecəyə görə pərəstişkarlarına təşəkkürünü bildirib:
“Gecənin sevincini bizimlə paylaşdığınız üçün hər birinizə təşəkkür edirəm. Növbəti konsertlərimdə görüşmək ümüdü ilə”.
Qeyd edək ki, satışa çıxarılan biletlərdən əldə olunacaq vəsait isə Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə YAŞAT Fonduna ianə ediləcək.