Qeyri-qanuni mərc saytı açan fırıldaqçılar türk müğənni-aktrisa Defne Samyelidən reklam məqsədilə icazəsiz istifadə ediblər.
OLAY yazır ki, sözügedən mərc saytına Defnenin siması və səsi ilə reklam yerləşdirilib. Bunun fərqinə varan sənətçi məhkəməyə baş vurub və insanları bu mövzuda daha diqqətli olmağa çağırıb.
“Tək mən yox, sevdiyiniz başqa məşhurların da “pulunuzu bura yatırın” dediyi videoları görəndə bunu dəfələrlə düşünün”.