Fotosessiya
Fotosessiya

“Xəyanətə görə ailəmi dağıtmaram!”

“Xəyanətə görə ailəmi dağıtmaram!”

Aktrisa Xuraman Əlizadə müzakirə yaradacaq açıqlamalar verib.

OLAY yazır ki, bu barədə o, “Günaydın, Azərbaycan”da danışıb. Sənətçi deyib ki, həyat yoldaşı ona xəyanət etsə də, ondan ayrılmaz:

“Bu sözü deyəcəm, məni daşqalaq edəcəklər. Həyatdı, demişəm üzərində dayanıram. Kim istəyir məndən incisin. Elə bir şey yaşamamışam. Bilirəm ki, kişilərin çoxu xəyanət edir. Eləsin də... Nə həyat yoldaşımın telefonuna əl vuraram, nə görüntülü yığaram, nə soruşaram ki, haradasan? Yazacaqlar ki, sənin artıq çəkilərin var, ona görə belə deyirsən, acizsən. Xeyr. Ən gözəl xanımın da həyat yoldaşı ona xəyanət edə bilər. Nə bilirsiz deyin, yazın. Mənim ürəyimdən gələn sözlərdir. Bir xəyanətə görə ailəmi dağıtmaram”.