Müğənni və aktrisa Cennifer Lopez "Intimissimi" brendi ilə birgə yaradılmış alt paltarının yeni kolleksiyasını təqdim edib.
OLAY yazır ki, Lopez yeni xəttin həmmüəllifi olub və reklam kampaniyasında rol alıb.
Kolleksiya Lopezin doqquzuncu studiya albomu kimi "This Is Me Now" adlanıb. 54 yaşlı müğənni qeyd edib ki, o, musiqi və yaradıcılığından ilham alır, həmçinin paltarını çox sevir.