Fotosessiya
Fotosessiya

"Balmain" üçün kamera qarşısında

"Balmain" üçün kamera qarşısında

Aktrisa Zendaya "Balmain" moda evi üçün poza verib.

OLAY yazır ki, aktrisa brendin son kolleksiyasının dəfilədə nümayiş olunan görünüşünü öz üzrərində sınayıb. 

27 yaşlı Zendaya təkrar emal olunmuş plastik butulkalardan hazırlanmış çiçəklərlə bəzədilmiş ağ "Balmain" bodisində açıq pəncərə qarşısında poza verərək yeni fotolarını "İnstaqram"da yerləşdirib. 

Görünüşü "Euphoria" ulduzunun şəxsi stilisti Lou Roaç hazırlayıb. O, bu yaxınlarda dəb sahəsindən getdiyini və Zendayadan başqa heç kimlə əməkdaşlıq etməyəcəyini açıqlayıb.