Fotosessiya
Fotosessiya

Xoşbəxt Yusifzadə dəfn olundu

Xoşbəxt Yusifzadə dəfn olundu

Ötən gün dünyasını dəyişən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə vida mərasimi keçirilir.

OLAY “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilən mərasimdə mərhumun ailə üzvləri, dövlət xadimləri, alimlər və digər şəxslər iştirak edirlər.

Qeyd edək ki, neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin misilsiz xidmətləri olub. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda 20-dən çox neft və qaz-kondensat yatağı - “Bahar”, “Günəşli”, “Azəri”, “Çıraq”, “Kəpəz” və digər yataqlar kəşf edilib. O, həmçinin 200-dən artıq elmi əsərin, 18 monoqrafiya və 8 ixtiranın müəllifidir.

2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Xoşbəxt Yusifzadənin 90 illik yubileyi dövlət səviyyəsində təntənəli qeyd olunub.