Fotosessiya
Fotosessiya

"Space TV"-nin efirindəki səhv lağa qoyuldu

"Space TV"-nin efirindəki səhv lağa qoyuldu

"Space TV"-nin efirində yayımlanan "Gəl, danış" proqramındakı səhv müzakirə obyektinə çevrilib.

OLAY yazır ki, Amil Xəlilin aparıcılığı ilə yayımlanan verilişdə "Ər əvvəl özünü, sonra həyat yoldaşını öldürdü" yazısı efirə verilib. 

Sözügedən başlığın görüntüsü sosial şəbəkədə sürətlə yayılıb və lağa qoyulub. 

"Kiçik və texniki səhv. Heç bir veriliş bu kimi hallardan sığortalanmayıb. Yazı yazılarkən leksik bir səhv olursa, bu, qlobal bir hadisə deyil. Əsas da həmkarlarımın paylaşımı. 20-30 ilin redaktorları belə yazıda səhvlər edir" - deyə aparıcı Amil Xəlil qeyd edib.