Rusiyanın "Eurovision 2021" təmsilçisi Manija ana olub.
OLAY yazır ki, bu barədə o, "İnstagram" hesabında məlumat verib.
İfaçı övladı ilə olan fotoları izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, ötən ilin sentyabrında Manija rejissor Lado Kvataniya ilə ailə qurub. Cütlüyün münasibəti barədə 2021-ci ildə məlum olub.
Müğənni Rusiyanı "Eurovision" beynəlxalq mahnı müsabiqəsində təmsil etdiyi zaman Kvataniya onun səhnə nömrəsinin müəllifi olub.