Hollandiya kral ailəsinin koloniyalardakı köləlik prosesində sıx şəkildə iştirak etdiyi və kral ailəsinin 1675-1770-ci illər ərzində buradan indiki dəyəri ilə 545 milyon avro gəlir əldə etdiyi bildirilib.
OLAY yazır ki, Hollandiya parlamentinin sifarişi ilə Daxili İşlər Nazirliyinin Hollandiya dövlətinin köləlik tarixinə dair araşdırması nəticəsində hazırlanan kitab hökumətin saytında dərc olunub.
“Dövlət və quldarlıq” adlı kitabda Hollandiya dövlətinin, kral ailəsinin, şirkətlərinin və cəmiyyətin əhəmiyyətli bir hissəsinin öz müstəmləkələrindəki köləlik prosesində “birbaşa”, “şüurlu” və “böyük ölçüdə” iştirak etdiyi vurğulanıb.
Dünyada və Hollandiyada köləliyin təsirlərinin hələ də göründüyü 480 səhifəlik kitabda Hollandiya krallarının müxtəlif yollarla koloniyalardan və qul ticarəti şirkətlərindən gəlir əldə etdiyi bildirilirib.
Kitabda indiki Hollandiya dövlətinin sələfi olan və 1588-1795-ci illərdə hökmranlıq edən Birləşmiş Hollandiya Respublikasının (Republiek der Verenigde Nederlanden) 3, 4 və 5-ci Villem kralları koloniyalardan gəlir əldə edirdilər. Eləcə də 1602-ci ildə qurulan Hollandiya Şərqi Hindistan şirkəti Osmanlı İmperatorluğunun səhmdar olmasa da, müstəmləkələrdən və qul ticarətindən əldə edilən gəlirin 3 faizini Hollandiya krallarına verdiyini qeyd edib.
Qeyd edək ki, ötən il Hollandiyada kral ailəsi tərəfindən başladılan və üç il davam etməsi planlaşdırılan başqa bir araşdırma, kral ailəsinin köləliklə əlaqəsinin daha da araşdırılmasını nəzərdə tutur.