“Kızılcık şerbeti” serialındakı Nursema obrazı ilə ulduzu parlayan Ceren Karakoç etiraf edib.
OLAY yazır ki, Armağan Çağlayanın yutub layihəsində qonaq olan Ceren təyyarə fobisi olduğunu deyib.
“Ailədə məndən başqa bir qardaşım var. O, Türkiyədə deyil, Avstraliyada yaşayır. 20 ildir oradadır, artıq vətəndaşı olub. Bu müddət ərzində mən heç getməmişəm. Çünki təyyarədən qorxuram. Bir saatlıq yolu uça bilmirəm, nəinki 22 saat. Dəfələrlə hava limanında təyyarəyə minməkdən imtina etmişəm. Adımı səsləndirib çağırıblar, getməmişəm. Qorxuram”, - deyə, sənətçi bildirib.