Fotosessiya
Fotosessiya

Azərbaycanlı modelyerlər Milanda təlim keçdilər

Azərbaycanlı modelyerlər Milanda təlim keçdilər

Azərbaycanlı modelyerlər Aynur Xəlilova və Leyli Zalova İtaliyanın Milan şəhərində beynəlxalq təlimdə iştirak ediblər.

OLAY yazır ki, mayın 31-dən iyunun 3-dək Milan Moda və Dizayn Akademiyasının nəzdində keçirilən “Del Lusso” Akademik kursuna qatılan modelyerlər həmin akademiyanın məzunları ilə birgə moda həftəsində də yer alıblar.

Dizaynerlərimizin beynəlxalq səviyyəli akademiyada həm sahib olduqları markaların, həm də özlərinin inkişafı üçün bu addımı önəmli hesab olunub. Belə ki, orada yığılan təcrübə və yaranan əlaqələr tək fərdi yox, həm də yerli sənayenin inkişafına öz tövhəsini verə bilər.

Bundan əlavə Aynurla Leyli Milanda dizayn etdikləri geyimlərdən ibarət kiçik kolleksiyaya italyan modellərin və fotoqrafların iştirakı ilə fotosessiya ediblər.