Aktrisa Miray Daner Seda Sayanın oğlu Oğulcan Enginlə ayrılmasından danışıb.
OLAY yazır ki, o, KİV-in qarşısına keçərək səbəbin xəyanət olmadığını vurğulayıb:
“Biz münasibətimizi bitirdik, bəli, doğrudur. Ancaq bunun üçüncü tərəflərlə heç bir əlaqəsi yoxdur. Belə daha məqsədəuyğun olacağını düşündük və ayrılıq qərarına razılaşdıq”.
Daner və Engin cütlüyünün iki illik münasibətlərinə son qoyması xəbəri həftələrdir mətbuatın gündəmindədir.
Qeyd edək ki, 3 həftə öncə “2. Sayfa” adlı proqramın qonağı olan Seda Sayan Miray Danerlə bağlı bunları demişdi:
“Mirayı gəncliyimə çox bənzədirəm. Çox zərif və gözəldir. Oğulcanla çox yaraşırlar. Açığı, o da intizamlıdır, işinə sadiqdir. Bax, o da qayınanası kimi Oğlaqdır”.
Samirə Sərkər