NTV telekanalının baş prodüseri Timur Vaynşteynin xanımı, Rusiyanın Əməkdar idman ustası Yana Batırşina Azərbaycandadır.
OLAY yazır ki, o, bu barədə instaqram səhifəsində məlumat verib. Yana Bakıdan görüntülər paylaşaraq bunları yazıb:
“Azərbaycanda səhər yeməyi xatirinə tezdən durmağa, hətta şəhərdən kənardan Bakının mərkəzinə gəlməyə hazıram! Yumurta pomidoru, qaymaq, evdə hazırlanmış pendirlər, təzə tərəvəzlər, təzə təndirdə bişmiş qaynar çörək, kəklikotu ilə mürəbbə və çay, sevimli ailə və dostlar yanınızdadır. Belə bir səhərdən sonra həmişə yaxşıdır”.