Fotosessiya
Fotosessiya

Qızının adını açıqladı

Qızının adını açıqladı

Bu yaxınlarda 7-ci dəfə ata olan amerikalı ulduz Robert De Niro qızının fotosunu paylaşıb.

OLAY yazır ki, sənətçi bununla da qızının adının Cia Vircinia Çen-De Niro olmasını açıqlayıb.  

Körpənin anası uzun müddətdir Robertlə münasibətdə olan onun sevgilisi Tiffani Çendir.

Qeyd edək ki, evlilikləri uğursuz nəticələnən Robert De Niro daha əvvəl dəfələrlə himayəsinə uşaq götürüb.