Fotosessiya
Fotosessiya

“Onu artıq dünya tanıyır”

“Onu artıq dünya tanıyır”

Müğənni, bəstəkar Murad Arif paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, sənətçi İnstaqram hekayəsində ötən il Ermənistanı “Avroviziya”da təmsil edən Rosa Linndən bəhs edib.

Murad bildirib ki, Rosanın mahnısı favorit olmasa da, o, artıq dünyada şöhrət qazanıb:

“Erməni qızı Rosa Linn ötən il oxuduğu “Avroviziya” mahnısı ilə favorit olmadı. Amma, finalda 20-ci yer tutan mahnı “Avroviziya” mahnılarının qazana bilmədiyi uğuru qapıb. Belə ki, “Snap” mahnısı ABŞ-da sinqlların satış listi olan “Bilboard Hot 100”ə daxil olmaqla, dünya şöhrəti qazandı. Sən demə, mahnını fanatlar Tiktok-da viral edib. Ermənilərin yazdığı bu bəsit nəğmə Tiktok-dan Bilboarda, James Cordenin şousuna və bir çox dünya miqyaslı meydanlara çıxdı və hələ də yüksəlməkdədir. Bu axşam Rosa Linn “Avroviziya” səhnəsinə də gəlir. Nə qalib idi, nə də favorit. Sadəcə, onu artıq dünya tanıyır”.