Fotosessiya
Fotosessiya

Səmra barədə rəsmi açıqlama

Səmra barədə rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Avroviziya təmsilçimiz Səmra Rəhimlinin yenidən sözügedən müsabiqədə iştirak etməsi üçün kampaniya başladılıb. Müzakirələrə şou nümayəndələri və infuenserlər də qoşulub. 

Bununla bağlı Azərbaycanın Avroviziya üzrə nümayəndə heyətinin mətbuat katibi İlahə Dadaşova ilə əlaqə saxladıq.

OLAY-a bu barədə açıqlama verən İ. Dadaşova deyib ki, bu məsələni müzakirə etmək hələ tezdir:

“Mən bununla bağlı heç bir açıqlama verə bilmərəm. Biz hələ Liverpuldayıq. Vaxt etibarilə “Avroviziya 2023”ün finalı başlayır və sözügedən məsələ gələn il müzakirə olunacaq. Rəsmi açıqlama müzakirələrdən sonra verilə bilər”.

Qeyd edək ki, Səmra Rəhimli ölkəmizi 2016-cı ildə təmsil edib.