“Bu Ramazanda o qədər dini mövzulara daldım ki, əsl sevgini insanlarda axtardığımı anladım. Əsl sevgi Allahın insanı sevməsi imiş. Ramazanda tövbələr etdim və Allah tərəfindən daha da çox sevildiyimi içimdə hiss etdikcə xoşbəxt olmağa başladım”.
OLAY yazır ki, bu sözləri müğənni Ayaz Babayev İnstaqram paylaşımında qeyd edib.
Bir izləyicisinin sualını cavablayan gənc ifaçı uşaqlıqda sevilməməsindən, əsl sevgini Allahda tapmasından söhbət açıb:
“Uşaqlıqda çox arıq, əyri ayaq, qapqara idim. Gözəl, gəşəng sözlərini nadirən eşidirdim... Yeniyetməlik vaxtımda isə çox gombul, iyrənc bir tip idim. Hamı bir-birini sevirdi, məni sevən yox idi. Özümü hər zaman yetərsiz hiss etmişəm, minlərlə insan tərəfindən mahnılarımla sevildim. Yenə də özümü yetərsiz hiss edirdim. Bu Ramazanda o qədər dini mövzulara daldım ki, əsl sevgini insanlarda axtardığımı anladım. Əsl sevgi Allahın insanı sevməsi imiş.
Onsuz da özümü bildiyim andan bəri yaxşı insan olmağa çalışıram. Amma hamımızın səhvləri, günahları var. Ramazanda tövbələr etdim və Allah tərəfindən daha da çox sevildiyimi içimdə hiss etdikcə xoşbəxt olmağa başladım... Odur ki, birinci Allah sevgisini qazan, insanlar və axtardığın sevgi əmin ol ki, səni tapacaq. Ən azından sən indi üzüldüyün şeylərə üzülməyəcəksən”.