Fotosessiya
Fotosessiya

Qalmaqal yaşadığı İradə ilə fotosunu paylaşdı

Qalmaqal yaşadığı İradə ilə fotosunu paylaşdı

Müğənni Günay İbrahimli haqqında “Onu Azərbaycan şou-biznesində görmürəm” dediyi həmkarı İradə İbrahimova ilə görüşüb.

OLAY yazır ki, bununla da bir neçə il əvvəl Günay və İradə arasında yaranan gərginliyin bitdiyi məlum olub.  Belə ki İbrahimli həmkarı ilə şəklini instaqramda paylaşıb.

Sənətçilər ötən gün Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən xalq konsertində bir araya gəliblər.

Qeyd edək ki, G. İbrahimlinin İradə İbrahimovanı şou-biznesdə görməməsinə qarşı tərəf bu cavabı vermişdi: 

Günay özünü heç kəsə oxşatmasın. Onu bir az Röyaya (Xalq artisti Röya Ayxan - red) oxşadıram. Ona sual vermişdilər ki, İradəni Türkiyədə tanıyırlar? Günay demişdi ki, yox. Mən də etiraf etmişəm ki, Türkiyədə tanınmıram. Məni bir Cem Yılmaz tanıyır. Bu da bəsimdir. Əvvəlki tempdə deyiləm. Mənim ailəm, iki övladım var... İnşallah, ona da qismət olsun”.

Daha sonra isə Günay qarşı tərəfə “Ailəni kimisə “vurmaq” üçün alət etməyin. Ailəli olub karyerasını davam etdirən, ən böyük nailiyyəti əldə edənlər də az deyil. İkisini birgə edə bilmirsinizsə, susun!" – mesajını ünvanlamışdı.