Fotosessiya
Fotosessiya

Bir il sonra Rihannanın oğlunun adı açıqlandı

Bir il sonra Rihannanın oğlunun adı açıqlandı

Rihanna və Eysəp Rakinin oğlunun adı açıqlanıb.

OLAY yazır ki, təxminən bir il öncə dünyaya gələn uşağın doğum şəhadətnaməsi yayılıb. The Daily Mail-in əldə etdiyi doğum şəhadətnaməsinə görə Rihanna və Raki oğullarına RZA Atelston Mayers adını veriblər.

Görünür, cütlük oğullarına Vu-Tang Klanının lideri olan prodüser və reper RZA-nın şərəfinə ad qoyublar. Oğluna Atelston adını Rakiyə görə veriblər. Çünki reperin qanuni adı Rakim Atelston Mayersdir.

Doğum haqqında şəhadətnamədə RZA-nln 2022-ci il mayın 13-də Los-Ancelesdəki Cedars-Sinai Tibb Mərkəzində doğulduğu da göstərilir.