Amerikanın keçmiş prezidenti, iş adamı Donald Tramp cinsi zorakılıq və böhtan atmaqda ittiham olunur.
OLAY yazır ki, bununla bağlı keçirilmiş məhkəmə qərarında Trampın zərərçəkmiş şəxs qismində tanınan E. Jean Karrolla 5 milyon dollar təzminat ödəyəcəyi deyilir.
İş adamı bu barədə açıqlama da yayıb. D.Tramp bildirib ki, bu, rəzil bir qərardır. Siyasətçinin sözçüsü Stiven Çanq proses haqda danışıb:
“Məhkəmədəki 3-ü qadın, 9-u kişi olan hakimlər üç saatlıq prosesdən sonra Trampı təcavüz əvəzinə cinsi zorakılıqda günahlandırıb. Karrolla böhtan atmaqda ittiham olunduğuna görə də ümumilikdə 5 milyon dollar təzminat ödəməsinə qərar verilib. Müvəkkilim Ali Məhkəməyə müraciət edəcək”.
Qeyd edək ki, Donald Tramp ilk dəfə olaraq rəsmi şəkildə cinsi zorakılıqda ittiham olunur.