Aparıcı Lalə Azərtaş övladı ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, qızı Gülarənin fotosunu paylaşaraq onun ad günü olduğunu bildirib:
“Yaradanımın ən şirin payı Gülarəm. Yaradan bəxtinə ən böyük xoşbəxtlikləri yazsın, gül üzlüm. Muradına çat. Sən nə ara böyüdün?! Nə ara boyun boyumu ötdü?! Başım işə qarışmışkən hansı arada 17-ni haqladın? Səninlə ikinci önəmli mərhələni bitirmək üzrəyik, əl-ələ üçüncü mərhələyə gedirik! Bilirəm bacaracağıq! Yetər ki, Allahım Səni və bütün balaları pənahında saxlasın, qalanı boş! Sənə inanır, güvənirəm! Anan son nəfəsinə qədər yanındadır, qızım”.