Aparıcı Murad Əzimzadəyə ağır itki üz verib.
OLAY yazır ki, bu barədə o, instaqramda məlumat yayıb. Murad bildirib ki, əmisi oğlu gənc yaşda dünyasını dəyişib:
“Mənim belimi bükən, arzularımızı yarımçıq qoyan qardaşım! Sən əmimoğlundan çox balaca qardaşım idin. Qəhrəman, ürəkli, qəlbi təmiz qardaşım. 22 yaşa ölümü necə sığdırdın, hara tələsirdin axı? Bizi yandırıb tökdün. Əmimoğlu Eltun bu gün haqq dünyasına qovuşdu. Vətən müharibəsi iştirakçısı idi Xocavəndin, Füzulinin işğaldan azad olunması medalı ilə təltif olunmuşdu. Ağırdı, çox ağır”.
Qeyd edək ki, M. əzimzadənin bir müddət əvvəl dayısı dünyasını dəyişmişdi.