Türkiyənin tanınmış müğənnisi Simge Sağın ötən gecə məkanların birində eşq həyatından danışıb.
OLAY yazır ki, “Aşkın olayım” mahnısını ifa etməzdən öncə bu sözləri deyib:
“Bu qədər izdihamlı bir dünyada kimisə tapa bilməmək böyük uğurdur. Bu mahnını ifa edib, ancaq sevgilimin olmaması da böyük bir nailiyyətdir”.
Qeyd edək ki, adı daha öncə bir neçə məşhurla hallanan Simgenin “Galatasaray”ın futbolçusu Mauro İkardi ilə eşq yaşadığı deyilirdi.